Rusiya Ukraynada hücum planını dəyişir

Hazırda oxunan: Rusiya Ukraynada hücum planını dəyişir

66478

“Rusiya hücum əməliyyatının uğursuzluğuna görə Kiyevə hücum etməkdənsə, Ukraynanın şərqini ələ keçirməyə diqqət yetirəcək”. 

Bizim.Media “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun yüksək rütbəli rəsmisi bildirib. 

Adının açıqlanmasını istəməyən məmur jurnalistlərə bildirib ki, Rusiya qüvvələri Zelenskinin ofisi ilə danışıqlar zamanı təsir rıçaqlarına sahib olmaq üçün Donbası ayıracaq və regionu müdafiə edən Ukrayna ordusunun qarşısını kəsməyə çalışacaq. 

“Cümə günü Rusiya “xüsusi əməliyyatın” birinci mərhələsinin demək olar ki, başa çatdığını və əsas diqqətini Donbasın tam “azad edilməsinə” yönəldəcəyini bildirib. Onlar buna daha çox üstünlük verirlər və biz razılaşırıq ki, bizim məlumatlarımız buna uyğun gəlir”. 

Xatırladaq ki, Rusiya qoşunları Kiyev yaxınlığında müdafiə mövqeyi tutur. Ukrayna ordusu isə tədricən Çerniqov istiqamətində irəliləyir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO