Müharibə dövründə Ukraynada 5 jurnalist öldürülüb – SİYAHI  

Hazırda oxunan: Müharibə dövründə Ukraynada 5 jurnalist öldürülüb – SİYAHI  

66406

Rusiyanın başlatdığı hərbi əməliyyatları nəticəsində Ukraynada bir ay ərzində beş jurnalist öldürülüb, yeddisi yaralanıb, biri itkin düşüb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko özünün “Telegram” hesabından məlumat verib. 

Qeyd olunub ki, Kütləvi İnformasiya İnstitutunun məlumatına görə, Rusiya mediaya qarşı 148 cinayət törədib. 

O, Kiyevdə və paytaxt ətraflarında peşə vəzifələrini yerinə yetirərkən öldürülən jurnalistlərin adlarını da açıqlayıb.

Onlar - LIVE telekanalının operatoru Yevgeni Sakun, “The New York Times” qəzetinin keçmiş müxbiri Brent Reno, “Fox News” telekanalının operatoru, Pyer Zakrjevski, “Fox News”un ərazidə konsultantı, jurnalist Aleksandra Kuvşinova, Rusiyanın “The Insider” qəzetinin jurnalisti Oksana Baulinadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO