Ukraynaya casusluq edən rusiyalı saxlanıldı – ANBAAN VİDEO  

Hazırda oxunan: Ukraynaya casusluq edən rusiyalı saxlanıldı – ANBAAN VİDEO  

66380

Rusiyanın Xabarovsk şəhərində yaşayan sakin xüsusi hərbi əməliyyat zamanı Ukraynanın xüsusi xidmət orqanlarına məxfi məlumatların “ötürülməsinə təşəbbüs göstərməyə” görə saxlanılıb. 

Bizim.Media “RBK”ya istinadən xəbər verir ki, bu barədə FSB-nin İctimai Əlaqələr Mərkəzi məlumat yayıb. 

Təhlükəsizlik xidmətinin məlumatına görə, saxlanılan şəxsin məşğuliyyəti ilə əlaqədar məxfi məlumatlara çıxışı olub.

O, anonim şəkildə Ukrayna kəşfiyyat xidmətinə internet vasitəsilə “Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vurmaq üçün, o cümlədən təxribat hərəkətləri etmək üçün istifadə oluna biləcək” pul müqabilində məlumat verməyi təklif edib. 
Xabarovsk vətəndaşı gördülən tədbirlər nəticəsində planını həyata keçirə bilməyib. Sözügedən şəxsə qarş Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə (dövlətə xəyanət) cinayət işi başlanıb. Bu maddə üzrə maksimum cəza 20 il həbsdir. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO