Nikolayev şəhəri rus hərbçilərdən azad edildi - FOTO 

Hazırda oxunan: Nikolayev şəhəri rus hərbçilərdən azad edildi - FOTO 

65913

Ukrayna Silahlı Qüvvələrinin Hava Desant Hücum Qoşunlarının (DŞV) Nikolayev vilayətindəki bölmələri kəndi rus terrorçularından azad edib. 

Bizim.Media xəbər verir ki, bu barədə Hava Desant Hücum Qoşunların mətbuat xidməti “Telegram” hesabında məlumat paylaşıb. 

“Ukraynanın cənubu, Nikolayev vilayəti. Yolda tez-tez üzərində "Z" olan məhv edilmiş rus texnikasına rast gəlinir. Ukrayna Silahlı Qüvvələrinin 80-ci Hava-Desant Hücum Briqadasının artilleriya atəşi ilə məhv edilmiş rus işğalçılarının kolonlarından yalnız bunlar qalıb”, - deyə məlumatda qeyd edilib. 

Həmçinin bildirilib ki, Hava Desant Hücum Qoşunların bölmələri kəndi cinahlardan mühasirəyə alıb, qısamüddətli döyüş aparıb, nəticədə düşmən qüvvələri məhv edilib.

Həmçinin bu əməliyyat zamanı desantçılar silah və hərbi texnika, müvafiq sənədlər ələ keçiriblər. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO