Ukraynalı qaçqınlar Rusiya “TIR”larının önünü kəsdi – 50 kilometrlik NÖVBƏ 

Hazırda oxunan: Ukraynalı qaçqınlar Rusiya “TIR”larının önünü kəsdi – 50 kilometrlik NÖVBƏ 

65827

Ukraynalılar artıq bir neçə gündür ki, Polşa və Belarus sərhədində Rusiya nömrəli yük maşınlarının qarşısını kəsiblər. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ukraynalı qaçqınlar keçid məntəqəsinin qarşısına canlı sədd çəkməklə Belarusa daxil olmaq istəyən “TIR”lara maneə törədiblər.  

Məlumata görə, sürücülər qadağaya baxmayaraq, Rusiyaya hər cür sanksiyaya məruz qalan malları gətirməyə çalışırlar.  

Qeyd olunur ki, sərhəd keçid məntəqələrindən birində 50 km uzunluğunda növbə yaranıb. Etirazlardan sonra keçidin bağlanması barədə qərarın Polşa hakimiyyət orqanları tərəfindən qəbul ediləcəyi vəd edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO