Lukaşenko: “Əgər Zelenskiyə ABŞ-dan zəng gəlsə, müharibə başa çatacaq”

Hazırda oxunan: Lukaşenko: “Əgər Zelenskiyə ABŞ-dan zəng gəlsə, müharibə başa çatacaq”

65815

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, ABŞ-ın zəngindən sonra Ukraynada müharibə dərhal başa çata bilər. 

Bizim.Media xəbər verir ki, Belarus liderinin sözləri onun mətbuat xidmətinin “Pul Pervoqo” Teleqram kanalında yer alıb.

“Bu gün müharibəyə son qoymaq üçün BMT, Amerika və Qərbdən Ukrayna rəhbərliyinə bir siqnal lazımdır. Bu müharibəni bitirmək üçün güclü bir siqnal. Və axşama yaxın müharibə bitəcək. Əgər amerikalılar Zelenskinin stolunun üstündə olan telefona zəng edib desələr ki, müharibəni Rusiya ilə müqavilə imzalamaqla dayandırmaq lazımdır. Müharibə axşama qədər dayanacaq”, – deyə A.Lukaşenko bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO