“Rusiya Ukraynada hər gün minlərlə əsgər itirir” - ABŞ mətbuatının İDDİASI

Hazırda oxunan: “Rusiya Ukraynada hər gün minlərlə əsgər itirir” - ABŞ mətbuatının İDDİASI

65805

Qərb rəsmiləri və hərbi ekspertlərin fikrincə, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları dalana dirənə bilər, çünki canlı qüvvə və texnikanın ağır itkiləri hazırlıqsız Rusiya qüvvələrinin vəziyyətini daha da ağırlaşdırır. Hansı ki, rus ordusu indiyə qədər ilkin məqsədlərinin heç birinə nail ola bilməyib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “Wall Street Journal” nəşrində yer alıb.

Mənbə yazır ki, bir həftə ərzində cəbhə xətti praktiki olaraq yerindən tərpənməyib.

Qərb kəşfiyyatının hesablamalarına görə, öldürülən və yaralanan rus əsgərlərinin sayı gündə 1000 nəfərə, Ukrayna kəşfiyyatına görə isə ondan da çoxdur.

Qeyd olunur ki, qarşıdakı iki həftə bütün müharibənin nəticəsinin müəyyənləşdirilməsində həlledici ola bilər. 

Rusiya təchizat xətlərini tez bir zamanda təkmilləşdirməsə, təminatı çatdırmasa və əsgərlər arasında əhval-ruhiyyəni yüksəltməsə, məqsədinə çata bilməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO