“Müdafiə cəbhəsi rus əsgərlərinin cəsədləri ilə doludur” - ZELENSKİ

Hazırda oxunan: “Müdafiə cəbhəsi rus əsgərlərinin cəsədləri ilə doludur” - ZELENSKİ

65737

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna müdafiəsinin ön xətti “rus əsgərlərinin cəsədləri ilə doludur”.

Bizim.Media xəbər verir ki, o, bu barədə videomüraciəti zamanı bildirib.

“Xüsusilə şiddətli döyüşlərin olduğu yerlər, müdafiəmizin ön xətti sadəcə rus əsgərlərinin cəsədləri ilə doludur. Və bu meyitləri, bu cəsədləri heç kim götürmür. Bu ərazilərə ruslar yeni birliklər,  ehtiyat qüvvələr toplayır.

Biz başa düşürük ki, Rusiyanın çoxlu insan resursu və kifayət qədər texnikası, raketləri, hava bombaları var... Amma mən Rusiya vətəndaşlarından soruşmaq istəyirəm: bu illər ərzində onlar sizə nə ediblər ki, öz itkilərinizi görmürsünüz?”, deyə Ukrayna lideri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO