Zelenski Makronla Rusiya ilə sülh danışıqlarını müzakirə etdi

Hazırda oxunan: Zelenski Makronla Rusiya ilə sülh danışıqlarını müzakirə etdi

65733

Ukrayna prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə Ukraynadakı hərbi əməliyyatları müzakirə edib. 

Bizim.Media RBK telekalına istinadən xəbər verir ki, o, bu barədə bazar günü yayımlanan videomüraciətində bildirib.

"Biz Fransa Respublikasının Prezidenti ilə qarşılıqlı fəaliyyətimiz, sülh üçün həll yolu tapmaq, ərazilərimizin azad edilməsi haqqında danışdıq. Məqsədim xalqımı xilas etməkdir", - Zelenski bildirib.

O, Rusiya tərəfi ilə danışıqları “çətin və xoşagəlməz”, lakin zəruri adlandırıb.

Fransanın BFM kanalının məlumatına görə, Makron söhbətində “böhrandan çıxış yolunun mümkün perspektivinə” işarə vurub.

Bundan əvvəl Ukrayna və Fransa prezidentləri cümə axşamı bir-birinə zəng ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO