Kiyev meri: "Mən canımı verməyə hazıram"

Hazırda oxunan: Kiyev meri: "Mən canımı verməyə hazıram"

65676

Ağır çəkili boks üzrə keçmiş çempion, Kiyev meri Vitali Kliçko "Yahoo News"a müsahibə verib. 

Bizim.Media xəbər verir ki, o, müsahibəsində dünyadan Rusiya işğalına qarşı Ukraynanı dəstəkləməyə davam etməyi xahiş edib.

"Heç kim ölmək istəmir, hamı yaşamaq istəyir, amma ruslar Rusiya imperiyasını bərpa etmək istəyirlər və biz Rusiya imperiyasında yaşamaq istəmirik. Ruslar bizi diz çökdürməyə çalışırlar, amma indi biz azadlıq, uşaqlarımızın və ölkəmizin gələcəyi üçün mübarizə aparırıq. Mən buna görə canımı verməyə hazıram".

İndiyədək Kiyev vilayətinin 3,5 milyon sakininin təxminən yarısı təxliyə edilib. Paytaxtda baş verən bombardmanda 6-sı uşaq olmaqla 220 nəfərin həlak olduğunu qeyd edən Kliçko, “Biz ukraynalılar həmişə dost xalq, həmişə sülhsevər ölkə olmuşuq. Amma hazırda başqa seçimimiz yoxdur. Mübarizə aparmalıyıq”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO