Putin Ərdoğana şərtlərini açıqladı – Müharibə yalnız bu halda dayandırılacaq 

Hazırda oxunan: Putin Ərdoğana şərtlərini açıqladı – Müharibə yalnız bu halda dayandırılacaq 

65495

Rusiya lideri Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ərdoğanın müşaviri İbrahim Kalın məlumat verib. 

O bildirib ki, Putin Ərdoğana Ukraynadakı hərbi əməliyyatları dayandırmaq üçün tələblərini açıqlayıb: 

“Şərtlər Ukraynanın neytral statusu, Ukraynanın NATO-ya üzv olmaqdan imtinası, Ukraynanın Kremlin özü üçün yetərli hesab etdiyi səviyyəyə qədər tərksilah edilməsi, Ukraynada "rus dilinin mühafizəsinin təmin edilməsi”, "Denazifikasiya” prosesinin həyata keçirilməsi olub” – deyə Kalın qeyd edib. 

Onun sözlərinə görə, Rusiya prezidetinin digər tələbi isə Rusiya Federasiyasının nəzarətində olan Donbass və Krım əraziləri ilə bağlı olub.  

Lakin Türkiyə bu maddələrin məzmununu açıqlamayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO