Ukrayna tərəfi danışıqları uzatmağa çalışır - Vladimir Putin

Hazırda oxunan: Ukrayna tərəfi danışıqları uzatmağa çalışır - Vladimir Putin

65486

“Ukrayna nümayəndələri getdikcə daha çox qeyri-real təkliflər irəli sürərək Rusiya ilə danışıqları uzatmağa çalışır, lakin Rusiya tərəfi öz prinsipial yanaşmalarına uyğun olaraq “həll yollarının axtarışını” davam etdirməyə hazırdır”.  

Bizim.Media Kremlin xidmətinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri Olaf Şoltsla telefon danışığı zamanı bildirib.  

Rusiya prezidenti Şoltsun diqqətini Ukrayna təhlükəsizlik qüvvələrinin Donetsk və Makeevkada həyata keçirdiyi raket hücumlarına cəlb edib:  

"Ukrayna ətrafında vəziyyətin müzakirəsi davam etdirilib. Ukrayna təhlükəsizlik qüvvələri Donetsk və Makiyevka yaşayış məntəqələrinə raket zərbələri endirib və nəticədə ağır itkilər olub. Qərbdə bu hərbi cinayətlərə məhəl qoyulmayıb" – deyə Putin qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO