Rusiya hərbi qüvvələri ayrı-ayrı istiqamətlərdə geri çəkilir - Ukrayna Baş Qərargahı 

Hazırda oxunan: Rusiya hərbi qüvvələri ayrı-ayrı istiqamətlərdə geri çəkilir - Ukrayna Baş Qərargahı 

65046

Rusiya hərbi qüvvələri itkilər verməkdə və müəyyən istiqamətlərdə geri çəkilməkdə davam edir. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. 

"Son 24 saat ərzində müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dəyişikliklərə məruz qalmayıb. Ukrayna Silahlı Qüvvələri Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki rus qoşun qruplaşmalarına sarsıdıcı zərbələr endirməyə və müəyyən istiqamətlərdə əks-hücum fəaliyyətini davam etdirməyə nail olub.”, - deyə məlumatda qeyd edilib. 

Bildirilib ki, ötən günün nəticələrinə görə, Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri üç təyyarəni (onlardan ikisi Su-34) zərərsizləşdirib.

Bundan əlavə, bir helikopter, üç əməliyyat-taktiki PUA və iki qanadlı raket vurulub.  

“Eyni zamanda, işğalçı qüvvələr Ukrayna şəhərlərinin infrastrukturuna və əhalinin sıx məskunlaşdığı ərazilərə raket və bomba zərbələri endirməkdə davam edir” - Baş Qərargah qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO