Hicran Hüseynova: “Hər deputat təmsil olunduğu bölgənin tarixini yazmalıdır”

Hicran Hüseynova: “Hər deputat təmsil olunduğu bölgənin tarixini yazmalıdır”

Hazırda oxunan: Hicran Hüseynova: “Hər deputat təmsil olunduğu bölgənin tarixini yazmalıdır”
650139
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Hər birimiz seçildiyimiz ərazi, oranın tarixi və şəxsiyyətləri haqqında əsərlər yazarsa, tarixdə nə qədər yeni səhifələr açıla bilər".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deputat, iqtisad elmləri doktoru Əlibala Məhərrəmzadənin “Fətəli” adlı tarixi romanının və eyniadlı filminin təqdimatında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fətəli xan haqqında çoxlu kitablar yazılıb, əsas məqsəd həmin əsərlərin geniş oxucu kütləsinə çatdırılmasıdır:

"Bu əsər elə formatda yazılıb ki, gənclərimiz istər-istəməz onu oxuyacaqlar. Burada paralel olaraq 44 günlük müharibənin, müasir dövrümüzün tarixinin həmin dövrlə müqayisəli şəkildə göstərilməsi müəllifin çox maraqlı yanaşmasıdır”.

Komitə sədri Fətəli xanın ailə həyatı və xanlıqlar arasında siyasi münasibətlərin qurulmasında nikahların roluna da toxunub:

“Fətəli xanın ailə məsələlərində bir qədər qeyri-adi addımları olub, bir neçə dəfə evlənib. Bunun da səbəbləri var idi. Xanlıqların bir-biri ilə birləşməsi, münasibətlərinin güclənməsi üçün xanlardan birinin qızı ilə evlənmək lazım gəlirdi”.

O, Fətəli xanın gənclik illəri və sonradan siyasi fəaliyyətində baş verən dəyişikliklər barədə də danışıb:

“Fətəli xan ərköyün böyüyən bir oğlan idi. Gənclik illərində bir çox məsələlərdə özünü o qədər də ciddi aparmırdı. Amma atası vəfat etdikdən sonra 22 yaşında böyük bir nəslin nümayəndəsi olmaq məcburiyyətində qaldı. Bundan sonra vaxtilə bir çox məsələlərə maraq göstərməyən gəncin həyatında tamamilə dəyişiklik baş verdi”.

Günay Şahmar, Tural Xəlil, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO