
- A-
- A
- A+
Ziyad Səmədzadə: “Azərbaycanın tarixi ilə bağlı fikir ayrılığı olmamalıdır”
Azərbaycan xalqının taleyi, torpaqlarımızın tarixi və milli dəyərlərimizlə bağlı məsələlərdə fikir ayrılığı olmamalıdır.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin deputatı akademik Ziyad Səmədzadə deputat, iqtisadi elmlər doktoru Əlibala Məhərrəmzadənin “Fətəli” adlı tarixi romanının və eyniadlı filminin təqdimatı zamanı çıxışında deyib.
Akademik bildirib ki, Əlibala Məhərrəmzadənin yaradıcılığının əsas istiqamətlərindən biri milli dəyərlərin qorunması, tarixin saxtalaşdırılmasının qarşısının alınması və Azərbaycanın dünyaya bütöv xalq və dövlət kimi tanıdılmasıdır.
O, “Fətəli” romanının Azərbaycan tarixinin mürəkkəb dövrlərindən birinə həsr olunduğunu vurğulayıb:
"Sovet ideologiyasının təsiri ilə tarixçilərin Fətəli xan dövrünə müxtəlif yanaşmaları olub. Lakin yeni əsərdə tarixi hadisələr ideoloji təzyiq olmadan, konkret faktlar əsasında araşdırılıb".
Z.Səmədzadənin fikrincə, kitabın diqqətçəkən cəhətlərindən biri də Fətəli xan dövrü ilə müasir Azərbaycan arasında əlaqə yaratmaq cəhdidir:
"O, bu kontekstdə Fətəli xan nəslinin nümayəndəsinin 44 günlük Vətən müharibəsində iştirakına da toxunub".
Günay Şahmar, Tural Xəlil, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































