Ukrayna-Rusiya danışıqlarının 4-cü raundunun gündəliyi açıqlandı

Hazırda oxunan: Ukrayna-Rusiya danışıqlarının 4-cü raundunun gündəliyi açıqlandı

64962

Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında keçirilən danışıqların 4-cü raundunda müzakirə olunan mövzular məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Tvitterdə yazıb.

“Danışıqlar davam edir. Əsas danışıqlar platformasında məsləhətləşmələr bərpa olunub. Nizamlanmanın ümumi məsələləri, atəşkəs, qoşunların ölkə ərazisindən çıxarılması müzakirə olunur”, - Kiyev rəsmisi vurğulayıb.
Xatırladaq ki, ötən gün Ukrayna və Rusiyanın nümayəndə heyətləri arasında danışıqların dördüncü raundu keçirilib, lakin müzakirələr tam yekunlaşmayıb və axşam saatlarında texniki fasilə elan olunub. Tərəflər danışıqların bu gün, martın 15-də davam etdirilməsi barədə razılıq əldə etmişdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO