
- A-
- A
- A+
Azərbaycan COP31-ə görə Türkiyəyə təşəkkür etdi
“Qardaş Türkiyəni COP31-i yüksək səviyyədə təşkil etdiyinə görə təbrik edirəm. Müstəsna qonaqpərvərliyə və əlamətdar liderliyə görə dərin minnətdarlığımı bildirirəm”.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev "X" hesabındakı paylaşımda bildirib.
Y. Rəfiyev qeyd edib ki, COP31 çərçivəsində Ədalətli Keçid üzrə İş Proqramı, Adaptasiya üzrə Qlobal Məqsəd, İqlim Maliyyələşdirilməsi üzrə İş Proqramı və Adaptasiya Fondu ilə bağlı mühüm nəticələr əldə olunub.
“COP31 Sədrliyinə və danışıqlar üzrə Avstraliya Sədrliyinə könüllü şəkildə yekun qərar layihəsi irəli sürmək cəsarətinə və inklüziv, şəffaf, iştirakçıların iradəsinə əsaslanan proses vasitəsilə konsensusun formalaşdırılması üçün mümkün olan bütün səyləri göstərdiklərinə görə xüsusi təşəkkürümü bildirirəm.
İqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusa nail olmaq hər zaman mümkün olmaya bilər, lakin buna nail olmaq istiqamətində göstərilən qətiyyət ən yüksək hörmətə layiqdir.
Türkiyəyə qarşıdakı bir il ərzində COP31 Sədrliyini həyata keçirməkdə hər cür uğur arzulayıram. COP32-nin gələcək sədri Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm”, - XİN rəsmisi bildirib.
Congratulations to brotherly Türkiye for excellent organization of #COP31. Deep gratitude for the exceptional hospitality and remarkable leadership. COP31 delivered important outcomes on Just Transition Work Programme, Global Goal on Adaptation, Climate Finance Work Programme and Adaptation Fund. Special appreciation to the COP31 Presidency and Australian Presidency of Negotiations for their courage in voluntarily initiating a cover decision and making every possible effort to build consensus through an inclusive, transparent and Party-driven process. Consensus may not always be achievable due to complex nature of climate negotiations, but the determination to pursue it deserves utmost respect. Wishing Türkiye every success in steering the COP31 Presidency over the coming year. Looking forward to working closely with Ethiopia as the incoming COP32 Presidency.
— Yalchin Rafiyev (@YalchinRafiyev) November 23, 2026
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































