
- A-
- A
- A+
“Nvidia”dakı vəzifəsinə bərpa edilən baş direktor şirkətə alqışlarla qayıtdı - Video
“Nvidia”nın vəzifəsinə bərpa edilən baş direktoru Jensen Huanq Kaliforniyada yerləşən şirkətin ofisinə əməkdaşların alqışları və dəstək nidaları ilə qayıdıb. Bu barədə şirkət əməkdaşlarından birinin yayımladığı videoda görüntülər yer alıb.
Bizim.Media xəbər verir ki, bazar ertəsi “Nvidia”nın Direktorlar Şurası ABŞ rəsmiləri ilə məsləhətləşmələrdən sonra Huanqın prezident, baş direktor (CEO) və Direktorlar Şurasının üzvü vəzifələrinə dərhal bərpa olunması barədə yekdilliklə qərar qəbul edib.
X sosial şəbəkəsində yayımlanan videoda Huang şirkətin Santa-Klara şəhərindəki baş qərargahında əməkdaşların əhatəsində görünür. Onlar biznesmeni alqışlarla, “Səni sevirik, Jensen” və “Yenidən xoş gəldin” nidaları ilə qarşılayıblar.
“İkinci şans verdiyiniz üçün hamınıza təşəkkür edirəm. Bu dəfə daha yaxşı baş direktor olacağam”, – deyə Huang əməkdaşlarına cavab verib.
Qeyd edək ki, Huanqın istefası 11 gün davam edib. O, noyabrın 12-də Megaspeed şirkətinin keçmiş rəhbəri Elis Huanqla yaxın münasibətləri ətrafında yaranan qalmaqal fonunda şirkətdən ayrılmışdı.
ABŞ Ədliyyə və Ticarət nazirlikləri həmin şirkətin ixrac məhdudiyyətlərini pozub-pozmadığını araşdırır. Elis Huanq isə məlumatları Çinə ötürməkdə şübhəli bilinirdi. Çin Xarici İşlər Nazirliyi bu iddiaları əsassız adlandırıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































