
- A-
- A
- A+
“Metak” dan açıqlama – “Qəzada ölən şəxsin ailə ilə heç bir əlaqəsi yoxdur” - Video
Xəbər verdiyimiz kimi, ötən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər həyatını itirib.
Hadisə ilə bağlı mediada yayılan məlumatlarda həlak olanlardan biri – Anar Kərimovun tanınmış iş adamı, “METAK” şirkətinin rəhbəri Alik Kərimovun oğlu olduğu iddia edilib.
Məsələ ilə bağlı Bizim.Media “METAK” şirkəti ilə əlaqə saxlayıb.
Şirkətin Marketinq şöbəsinin müdiri Abbas Şahbazlı açıqlamasında yayılan iddiaları təkzib edib. O bildirib ki, qəzada həlak olan Anar Kərimov Alik Kərimovun oğlu deyil və onun ailəsi ilə heç bir qohumluq əlaqəsi yoxdur.
Qeyd edək ki, Alik Kərimovun oğlu Aydın Kərimov da "instagram" hesabında paylaşım edərək, qəzada ölən şəxsin ailəsi ilə əlaqəsinin olmadığını vurğulayıb.
Alçina Amilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































