BMW və "Mercedes-Benz" zavodlarında istehsal dayandırıldı

BMW və "Mercedes-Benz" zavodlarında istehsal dayandırıldı

Hazırda oxunan: BMW və "Mercedes-Benz" zavodlarında istehsal dayandırıldı
649245
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Almaniyanın metallurgiya və elektrotexnika sənayesində çalışan işçilər bu həftənin sonunda keçiriləcək növbəti danışıqlar ərəfəsində əməkhaqqının artırılması tələbi ilə yenidən tətilə çıxıblar.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, etiraz aksiyaları ölkənin iri avtomobil zavodlarını da əhatə edib.
 

Məlumata görə, tətillər səbəbindən BMW və "Mercedes-Benz" zavodlarında istehsal dayandırılıb. "Stellantis" qrupuna daxil olan və Almaniyanın şərqindəki Ayzenax şəhərində yerləşən "Opel" zavodunun işçiləri isə müəssisənin tarixində ilk dəfə olaraq 24 saatlıq tətilə başlayıblar.


Nüfuzlu "IG Metall" həmkarlar ittifaqı tərəfindən elan edilən xəbərdarlıq tətilləri cümə günü başlayıb və çərşənbə axşamına qədər davam edəcək.

Çərşənbə günü isə həmkarlar ittifaqının nümayəndələri sahə üzrə təxminən 3,7 milyon işçini əhatə edən kollektiv danışıqların növbəti raundu üçün işəgötürənlərlə görüşəcəklər.

Qeyd edək ki, "IG Metall" bir il ərzində əməkhaqlarının 5 faiz artırılmasını tələb edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO