Kürdəmirdəki qəzada xəsarət alanların son durumu

Kürdəmirdəki qəzada xəsarət alanların son durumu

Hazırda oxunan: Kürdəmirdəki qəzada xəsarət alanların son durumu
649238
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Kürdəmirdə qəzada xəsarət alınanların vəziyyəti açıqlanıb. 

Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-den bildirilib ki, Kürdəmir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər  (2 kişi, 2 qadın) 23.11.2026 cı il tarixində saat 13:00 radələrində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar". 
 

Qeyd edək ki, hadisə rayonun Şilyan kəndi ərazisində qeydə alınıb. Belə ki, sürücü Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi VAZ 2107 markalı avtomobil kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib.


Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə sürücü və onun sərnişinləri 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO