
- A-
- A
- A+
Belçikada ümumi tətil ölkəni iflic etdi: 500-dən çox aviareys ləğv olundu - Video
Belçikada hökumətin sosial xərcləri azaltmaq siyasətinə etiraz olaraq genişmiqyaslı birgünlük ümumi tətil keçirilib.
Bizim.Media xəbər verir ki, aksiyada nəqliyyat, aviasiya, təhsil və dövlət xidmətləri sahələrinin əməkdaşları iştirak ediblər.
“Touring” şirkətinin məlumatına görə, 500-dən çox aviareysin ləğvi 51 mindən çox sərnişinə təsir edib. Brüssel hava limanında 405 reys ləğv olunub. Şarlerua hava limanında bütün planlaşdırılmış uçuşlar dayandırılıb, Lyej hava limanında isə reyslərin bir hissəsi ləğv edilib.
Tətil səbəbindən ictimai nəqliyyatın, məktəblərin və bələdiyyə xidmətlərinin fəaliyyətində də ciddi fasilələr yaranıb.
Brüsseldə təxminən 45 min nəfər küçələrə çıxaraq sosial təminatların, əhalinin alıcılıq qabiliyyətinin qorunmasını, əməkhaqqı və müavinətlərin inflyasiyaya uyğun indeksləşdirilməsini tələb edib.
Həmkarlar ittifaqları sosial xərclərin azaldılmasına qarşı çıxaraq hökuməti büdcə siyasətinə yenidən baxmağa çağırıblar.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































