Rais Rəsulzadə səhhətindən danışdı

Rais Rəsulzadə səhhətindən danışdı

Hazırda oxunan: Rais Rəsulzadə səhhətindən danışdı
649236
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ev şəraitində müalicələrimi davam etdirirəm. Konkret nəticə yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rais Rəsulzadə səhhəti ilə bağlı danışarkən deyib.

O bildirib ki, səhhəti ilə bağlı ciddi problem yaşayır:

“İnamla demək olmur ki, yaxşılaşmışam. Bir az sağalan kimi yenə pisləşirəm. Xəstəxanaya gedib iynələrimi vurdururam. Hələ yaxşı bir şey yoxdur. Görək necə olacağam”.

Rais Rəsulzadə deyib ki, yüksək təzyiqdən, şəkər xəstəliyindən əziyyət çəkir:

“Həmçinin insult keçirmişəm, böyrək xəstəliyim də var. Bütün bu problemlər üst-üstə düşdüyündən səhhətimdə ciddi çətinliklər yaranıb”.

Qeyd edək ki, Rais Rəsulzadə 1946-cı ildə Qazaxıstanda anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin və həyat yoldaşı Ümbülbanu Rəsulzadənin nəvəsi, Azər Rəsulzadənin oğludur. 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” adına layiq görülüb. O, həmçinin 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

2009-cu ildən Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının rəhbəridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO