Sabiq komitə sədrinin hoteli dördüncü dəfə hərraca çıxarılır

Sabiq komitə sədrinin hoteli dördüncü dəfə hərraca çıxarılır

Hazırda oxunan: Sabiq komitə sədrinin hoteli dördüncü dəfə hərraca çıxarılır
649281
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, "İrşad" İslam Araşdırmaları Mərkəzinin rəhbəri Rafiq Əliyev ona məxsus 6 mərtəbəli binanın qanunazidd olaraq satışa çıxarıldığını elan edib. 

Bizim.Media xəbər verir ki, R. Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O qeyd edib ki, noyabrın 22-də  Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elektron hərracda “İrşad” İslam Araşdırmaları Mərkəzinə məxsus 6 mərtəbəli bina qanunazidd olaraq satışa çıxarılsa da, alıcı tapılmayıb:

“Bununla belə, qanunun tələblərinə məhəl qoyulmadan binanın satışının yenidən təşkil edilməsi nəzərdə tutulur. Belə ki, bina noyabrın 29-da dördüncü dəfə hərraca çıxarılmalıdır.
 

Potensial alıcılar da yaxşı anlayırlar ki, əldə edəcəkləri bu bina mübahisəli əmlakdır. Binada əsaslı təmir işləri aparıldıqdan sonra texniki pasportun və yeni çıxarışın alınması, eləcə də sənədləşmə prosesinin həyata keçirilməsi ciddi problemlərlə üzləşə bilər.


Üstəlik, məsələ ilə bağlı məhkəmə prosesi davam etdiyindən, çıxarılacaq qərar binanın satışının hüquqi əsaslarına və qanuniliyinə birbaşa təsir göstərəcək.

Mən hərracın keçirilməsi ilə bağlı artıq şikayət vermişəm. İnanıram ki, hüquqi müstəvidə ədalət öz yerini tapacaq və haqqımız qorunacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO