Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə

Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə

Hazırda oxunan: Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə
649162
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2027-ci il üçüb Həcc ziyarəti üzrə kvotanın 40 faizdən çoxu tamamlanıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri bildirib.

Onun sözlərinə görə, bu il Həcc ziyarəti üçün sənəd qəbulu keçən ilkindən daha tez başlanıb.

“İlkin olaraq QMİ bir nəfər üçün ziyarət paketinin qiymətini ötən ildə olduğu kimi 6100 ABŞ dolları müəyyənləşdirib. Qiymətlərin bir qədər artma ehtimalı var. Dünyada baş verən məlum hadisələr fonunda və krallığın müvafiq qurumları tərəfindən xidmət paketlərinin azaldılması, yeni xidmətlər əlavə edilməsi ilə bağlı müəyyən qiymət artımlarının olması mümkündür. Ziyarət hava nəqliyyatı ilə həyata keçiriləcək”.

Xatırladaq ki, həcc ziyarəti üçün tələb olunan sənədlər aşağıdakılardır:

1) Ümumvətəndaş pasportu (ən azı 1 il vaxtı olmalıdır);

2) Şəxsiyyət vəsiqəsinin surəti;

3) 5 sm × 5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda);

4) Sağlamlıq haqqında arayış.

Sənədlərin qəbulu iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasında aparılır.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO