“Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı – Foto

“Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı – Foto

Hazırda oxunan: “Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı – Foto
649249
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Şirvan-Salyan regional bölməsinin əməkdaşları Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən, fiziki şəxs Məmmədova Gülər Sənan qızına məxsus “Aşxana” adlı kafedə nəzarət tədbiri keçirib.

Bizim.Media xəbər verir ki, ictimai iaşə obyektinin qeydiyyatdan keçmədən qanunsuz fəaliyyət göstərdiyi, qida məhsullarının hazırlanması üçün mətbəx sahəsinin mövcud olmadığı, ev şəraitində hazırlanan yeməklərin mənşəyinin məlum olmadığı, istifadə edilən suyun filtrdən keçirilmədiyi, temperatur rejiminə düzgün əməl edilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu aşkarlanıb.

Faktla bağlı inzibati protokol tərtib olunub, icrası məcburi göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək obyektin fəaliyyəti məhdudlaşdırılıb.

“Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı – Foto - foto 1
“Aşxana” adlı kafedə nöqsanlar aşkarlandı – Foto - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO