
- A-
- A
- A+
Tramp: “ABŞ iqtisadiyyatının rifahını təmin etmək üçün Censenin “Nvidia”dakı liderliyinə ehtiyacı var” - Foto
ABŞ Prezidenti Donald Tramp Censen Huanqın “Nvidia” şirkətinin baş icraçı direktoru (CEO) vəzifəsinə qaytarılmasını alqışlayıb.
Bizim.Media xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabındakı açıqlamasında bildirib.
“Direktorlar şurası Censen Huanqı CEO vəzifəsinə qaytarmaqla düzgün və əsaslandırılmış qərar qəbul edib. Ölkəmizin təkcə şirkətin özünün deyil, həm də ABŞ iqtisadiyyatının uğur və rifahını təmin etmək üçün Censenin Nvidia-dakı liderliyinə ehtiyacı var.
ABŞ hökumətinin Censenin Nvidia-ya qayıtmasının milli təhlükəsizlik üçün hər hansı təhlükə yaratdığına inanmaq üçün əsasları yoxdur. ABŞ baş prokuroru təsdiqləyib ki, hökumətin Censenin hər hansı qanunsuz fəaliyyətə yol verdiyinə dair sübutları yoxdur. Şəxsən mən Censenlə tanış olmaq imkanına malik olmuşam və deyə bilərəm ki, o, əsl vətənpərvər və milli sərvətdir.
Bununla yanaşı, Nvidia ABŞ-nin ixrac məhdudiyyətlərinə riayət olunması ilə bağlı daxili araşdırmasını davam etdirməlidir ki, bütün hüquqi öhdəliklərini və milli təhlükəsizliyin qorunması ilə bağlı vətənpərvərlik borcunu yerinə yetirdiyinə əmin olsun.
Censenə, Nvidia-nın direktorlar şurasına, Amerika Birləşmiş Ştatlarının xalqına və, şübhəsiz ki, bütün dünyaya təbriklərimi çatdırıram!
Bu məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirəm”, – Tramp qeyd edib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































