Əfsanəvi duet geri qayıdır – Tarix açıqlandı

Əfsanəvi duet geri qayıdır – Tarix açıqlandı

Hazırda oxunan: Əfsanəvi duet geri qayıdır – Tarix açıqlandı
649243
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur aktyor Ceki Çan "Pik saatı" ("Rush Hour") komediya-döyüş filminin dördüncü hissəsində çəkilmək barədə rəsmi müqavilə imzalayıb. Franşizanın əvvəlki filmlərindəki tərəf-müqabili Kris Takerin də müqavilə bağlamağa yaxın olduğu bildirilir.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ekran işinin prodüseri Artur Sarkisyan "Puck" nəşrinin jurnalisti Metyu Belloniyə müsahibəsində məlumat verib.
 

Prodüserin sözlərinə görə, davam filminin uzun illərdir davam edən hazırlıq prosesi nəhayət ki, irəliləyib. Əvvəllər çəkilişlərin 2026-cı ilin payızında başlanması planlaşdırılsa da, baş rol ifaçıları ilə uzanan danışıqlar səbəbindən proses təxirə salınıb.


İndi yaradıcı heyət çəkilişlərə 2027-ci ilin yazında start verməyi hədəfləyir. Ekran işinin çəkilişlərinin Çin, İtaliya, Səudiyyə Ərəbistanı və Afrika ölkələri də daxil olmaqla bir neçə ölkədə aparılması nəzərdə tutulur. Filmin istehsal büdcəsi təxminən 120 milyon dollar dəyərində qiymətləndirilir.

Filmin rejissoru yenidən seriyanın əvvəlki hər üç hissəsini ekranlaşdıran Brett Ratner olacaq.

Layihənin distribütorluğu ilə franşizanın hüquq sahibi "Warner Bros." ilə razılıq əldə edən "Paramount Pictures" şirkəti məşğul olacaq. "Puck" nəşrinin məlumatına görə, studiya filmin yayımına görə prokat gəlirlərinin 12 faizini əldə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO