
- A-
- A
- A+
Rus diplomatlar Kiprdə casusluqda şübhəli bilinir
Kiprin xüsusi xidmətləri ölkənin və Avropa İttifaqının təhlükəsizliyi ilə bağlı Rusiyanın maraqları naminə məxfi məlumat əldə etməyə çalışan bir şəbəkəni aşkar edib.
Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, şəbəkə üzvləri həmçinin Aİ sanksiyaları ilə Rusiyaya verilməsi qadağan edilmiş texnologiyalar haqqında məlumat paylaşmağa çalışıblar.
Diplomatlar ötən həftə Kipr kəşfiyyat xidmətlərinin tələbi ilə ölkəni tərk ediblər. Mənbələrə görə, kəşfiyyat xidmətləri onların mümkün casusluq fəaliyyətləri barədə ətraflı məlumat toplayıblar.
ANT1 telekanalının məlumatına görə, Rusiya agentləri Kipr kəşfiyyat xidmətləri tərəfindən izlənilib.
Monitorinq zamanı onların rəsmi vəzifələri səbəbindən məxfi məlumatlara çıxışı olan Kipr vətəndaşları ilə əlaqələri aşkar edilib.
Hesabata görə, mümkün casusluq fəaliyyətləri Kiprin Aİ Şurasına sədrlik etdiyi altı aylıq dövrdə də həyata keçirilib.
Məlumatlara görə, casusluq şübhəsi ilə Kipri tərk etməyə məcbur edilən bu iki rus diplomatı tək olmaya bilər.
Kipr xüsusi xidmət orqanları gələcəkdə digər oxşar əməliyyatlara qarşı tədbirlər görülə biləcəyini bildiriblər.
Prezident Nikos Xristodulides əməliyyat barədə məlumatlandırılıb.
"The Insider" qeyd edir ki, oktyabr ayında səfir də daxil olmaqla 36 diplomat Kiprdəki Rusiya diplomatik nümayəndəliyində qeydiyyatdan keçib, noyabr ayında isə onların sayı 34-ə düşüb.
İki attaşe - Nikita Sergeyev və Aleksandr Şevtsovun adları Kipr Xarici İşlər Nazirliyinin dərc etdiyi diplomatlar siyahısından silinib.
Lakin nəşr bu iki şəxsin ölkədən qovulduğu diplomatlar olduğunu rəsmi olaraq təsdiqləməyib. Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayandan bəri Avropa ölkələri 700-dən çox Rusiya rəsmisini diplomatik nümayəndəliklərdən qovub. (Müsavat.com)
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































