Azərbaycanda kartlardan 2 milyondan çox pul oğurlanıb

Azərbaycanda kartlardan 2 milyondan çox pul oğurlanıb

Hazırda oxunan: Azərbaycanda kartlardan 2 milyondan çox pul oğurlanıb
649246
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2026-cı ilin üçüncü rübündə Azərbaycan banklarına məxsus ödəniş kartları ilə ölkədaxili və ölkəxarici xidmət şəbəkələrində 13 min 319 fırıldaqçılıq əməliyyatı qeydə alınıb.

Bizim.Media AMB-yə istinadla xəbər verir ki, bu əməliyyatların ümumi məbləği 2 milyon 11 min 550 manat təşkil edib.

Əvvəlki rüblə müqayisədə belə əməliyyatların ümumi sayı 49.02 faiz, məbləği isə 47.48 faiz artıb.

Üçüncü rübdə ölkədaxili xidmət şəbəkəsində kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 1 milyon 635 min 257 manat olub. Bu, ikinci rübdəki 1 milyon 74 min 526 manatla müqayisədə 52.18 faiz çoxdur.
 

Ölkəxarici xidmət şəbəkəsində isə Azərbaycan banklarına məxsus kartlarla fırıldaqçılıq əməliyyatlarının məbləği 289 min 423 manatdan 376 min 293 manata yüksəlib. Bu istiqamətdə artım 30.02 faiz təşkil edib.


Əməliyyatların sayında da hər iki istiqamət üzrə artım qeydə alınıb. Ölkədaxili fırıldaqçılıq hallarının sayı ikinci rübdəki 5 min 305-dən üçüncü rübdə 7 min 222-yə çatıb. Bu, 36.14 faiz artım deməkdir. Ölkəxarici əməliyyatların sayı isə 3 min 633-dən 6 min 97-yə yüksələrək 67.82 faiz çoxalıb.

İlin birinci rübündə ölkədaxili şəbəkədə 4 min 995 fırıldaqçılıq əməliyyatı üzrə bir milyon 350 min 492 manat, ölkəxarici şəbəkədə isə 6 min 20 əməliyyat üzrə 325 min 335 manat qeydə alınmışdı.

Rüblük göstəricilərin cəminə əsasən, 2026-cı ilin doqquz ayında kartlarla ümumilikdə 33 min 272 fırıldaqçılıq əməliyyatının məbləği 5 milyon 51 min 326 manat olub.

Bunun 17 min 522 əməliyyat üzrə 4 milyon 60 min 275 manatı ölkədaxili, 15 min 750 əməliyyat üzrə 991 min 51 manatı isə ölkəxarici xidmət şəbəkəsinin payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO