
- A-
- A
- A+
İran ABŞ-dan 290 milyard dollar təzminat tələb etdi
İran məhkəmələri ABŞ-dən bir neçə onillik ərzində Vaşinqtonun həyata keçirdiyi fəaliyyətlər nəticəsində dəymiş ziyana görə 290 milyard dollar təzminatın ödənilməsi barədə qərarlar çıxarıb.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin dövlət televiziyasına Vəkillər Məhkəmə Mərkəzinin rəhbəri Həsən Abdolianpur açıqlama verib.
Onun sözlərinə görə, Tehran həmçinin ABŞ-nin İrana qarşı zərbələr endirmək üçün ərazilərindən istifadə etməsinə şərait yaratdıqları ittihamı ilə bir neçə Fars körfəzi ərəb ölkəsinə qarşı iddialar qaldırıb.
İran televiziyasının qeyd etdiyi kimi, tələb olunan 290 milyard dollar ABŞ-nin bir neçə onillik ərzində həyata keçirdiyi fəaliyyətlərə aiddir və 2026-cı il fevralın 28-də başlayan hərbi əməliyyatla məhdudlaşmır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































