Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı Ceyhun Bayramovdan açıqlama

Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı Ceyhun Bayramovdan açıqlama

Hazırda oxunan: Ermənistanın yeni Konstitusiya layihəsi ilə bağlı Ceyhun Bayramovdan açıqlama
649235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ölkəmiz dəfələrlə bəyan edib ki, Ermənistan öz Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq”.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov italiyalı həmkarı Antonio Tayani ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
 

“Bu gün Ermənistanda çox önəmli bir inkişaf baş verdi. Ermənistanın Baş naziri Konstitusiya mətnini ictimaiyyətə açıqladı. Azərbaycan üçün maraqlı olan məqam ondan ibarətdir ki, yeni Konstitusiya layihəsində bu cür iddiaların yer almadığını müşahidə edirik. Bu, müsbət haldır, inkişafdır. Sözügedən məsələ öz yekun həllini tapdıqdan sonra sülh sazişinin imzalanması mümkün olacaq”.


Qeyd edək ki,  bu gü Ermənistanın yeni Konstitusiya layihəsi dərc olunub. Mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO