Yeyib-içməyi sevən sürücülərin diqqətinə - Spirt bədəndən neçə saata xaric olur?

Yeyib-içməyi sevən sürücülərin diqqətinə - Spirt bədəndən neçə saata xaric olur?

Hazırda oxunan: Yeyib-içməyi sevən sürücülərin diqqətinə - Spirt bədəndən neçə saata xaric olur?
649256
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şən, çılğın həftəsonundan sonra, qəbul etdiyiniz spirtli içkinin artıq öz təsirini itirdiyi və özünüzü tam normal hiss etdiyiniz düşüncəsi yarana bilər. Məstlik hissi keçib, enerjiniz bərpa olunub və siz həftənin ilk günündən gündəlik işlərinizi görmək üçün sükan arxasına keçməyə hazırsınız. Lakin mütəxəsslər deyir ki, hətta özünüzün tam ayıq olduğunuza əmin olsanız belə, spirtli içki hələ də reaksiya sürətinizi aşağı sala və yola nəzarət etmək qabiliyyətinizi zəiflədə bilər.

Həmçinin, spirtli içki qəbul etdiyiniz andan etibarən keçən saatları saymaqla, sükan arxasına keçməyə hazır olub-olmadığınızı dəqiq müəyyən edə bilməzsiniz.

Orqanizmin bərpası üçün hər insana fərqli vaxt lazımdır və bu, qəbul edilən spirtin ümumi miqdarından asılıdır. Buna görə də, başqalarının təcrübəsinə və ya təxmini hesablamalara güvənmək, spirtin orqanizminizdən tamamilə xaric olunduğuna dair heç bir zəmanət vermir.
 

Tez bir zamanda özünüzə gəlmək istəyiniz başa düşüləndir, lakin bir fincan qəhvə və ya duş qəbul etmək bu problemi həll etməyəcək.


Bunlar, eləcə də təmiz havada gəzinti sizə özünüzü daha gümrah hiss etdirə bilər, lakin spirtin orqanizmdən xaric olunma prosesini sürətləndirmir. Su itirilmiş mayenin bərpasına kömək edir, lakin orqanizmin spirtdən təmizlənməsinə heç bir təsiri yoxdur. Siqaret çəkmək də ayıqlama prosesini sürətləndirmir; bu, nə spirtin xaric olunmasını tezləşdirir, nə də əvvəlki reaksiya sürətinizi geri qaytarır.

Yol hərəkəti qaydalarına nəzarət zamanı səlahiyyətli şəxslər sürücünün öz vəziyyəti ilə bağlı subyektiv qənaətinə deyil, alkoqol yoxlayıcı cihazın (alkotesterin) göstəricilərinə əsaslanırlar. Nəfəs üfürüləndə spirt konsentrasiyasının bir litr üçün 0,16 mq-dan çox olması cəriməyə və sürücülük vəsiqəsinin əlinizdən alınmasına səbəb ola bilər.

Praktikada, müəyyən miqdarda spirtin orqanizmdən xaric olunması üçün tələb olunan vaxt hər insanda fərqli olur.

Burada insanın sağlamlıq vəziyyəti, bədən çəkisi və içkinin tərkibindəki spirtin miqdarı kimi amillər mühüm rol oynayır. Məsələn, təxminən 200 qram araq içmiş, sağlam və çəkisi 90 kq olan bir kişinin orqanizminin spirti parçalayıb toxumalardan təmizləməsi 12 saata qədər vaxt apara bilər. Qadınlarda bu proses adətən daha uzun çəkir.

Buna görə də, tam təhlükəsizliyi təmin etmək üçün sükan arxasına keçməzdən əvvəl özünüzü tamamilə əvvəlki kimi hiss edənə qədər gözləmək ən doğrusudur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO