Qarabağ Universitetinin tələbələri dalaşdı, biri qovuldu

Qarabağ Universitetinin tələbələri dalaşdı, biri qovuldu

Hazırda oxunan: Qarabağ Universitetinin tələbələri dalaşdı, biri qovuldu
649252
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qarabağ Universitetinin tələbələri qız üstündə dalaşıblar.

Bizim.Media lent.az-a istinadla xəbər verir ki, hadisə universitetinin Biznes və iqtisadiyyat fakültəsinin II kurs tələbələri arasında baş verib.
 

Təbriz Muradov (ad və soyad şərtidir) universitetdə təhsil alan Sevda (ad şərtidir) adlı qızla dostluq münasibəti qurmaq istəyib. Lakin tələbə yoldaşı Sadiqin (ad şərtidir) həmin qızla yaxın münasibət yaratması gənclər arasında davaya səbəb olub.


Faktla bağlı cinayət işi açılıb, istintaq yekunlaşaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmədə müəyyən olunub ki, Təbriz Sadiqin Sevda ilə yaxınlıq etməsinə əsəbiləşib, məsələni aydınlaşdırmaq üçün Sadiqi Xankəndidə yerləşən “Al market”in yaxınlığındakı körpünün yanına söhbətə çağırıb. Görüş zamanı Təbriz Sadiqin sifətinə yumruq vurub.

Təbriz ifadəsində bildirib ki, hadisədən sonra Sadiq tələbə yoldaşlarının yanına gedərək Təbrizin onu döydüyünü və digər tələbə yoldaşlarını da təhqir etdiyini deyib. Bundan sonra tərəflər məsələni yenidən aydınlaşdırmaq üçün bu dəfə Xankəndidə fəaliyyət göstərən “Həkəri” restoranında görüşüblər.

Sadiq ifadəsində bildirib ki, “Həkəri” restoranında yenidən görüşəndə Təbriz digər tələbə yoldaşlarının yanında onun ünvanına nalayiq ifadələr işlədib, onu nüfuzdan salmağa çalışıb.
Təbriz bu ittihamları qəbul etməyib. O, restoranda heç kimi təhqir etmədiyini, görüşün yalnız kimin doğru danışdığını müəyyənləşdirmək məqsədi daşıdığını bildirib. Təbriz baş verənlərdən peşman olduğunu desə də, özünü təqsirli hesab etməyib.

Hazırda Qarabağ Universitetindən xaric olunduğunu bildirən Sadiq Təbrizi bağışlamadığını və onunla barışmaq istəmədiyini vurğulayıb.

O, məhkəmədən Təbrizin inzibati qaydada həbs edilməsini istəyib.

Məhkəmə Təbrizi İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) və 510.1-ci (xırda xuliqanlıq) maddələri ilə təqsirli bilərək 350 manat məbləğində cərimə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO