Ukrayna 9 humanitar dəhlizi təsdiqlədi

Hazırda oxunan: Ukrayna 9 humanitar dəhlizi təsdiqlədi

64868

Ukrayna hakimiyyəti 9 humanitar təxliyə dəhlizini təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazirin müavini İrina Vereşçuk məlumat verib. 

“Donetsk vilayətindən: Berdyanskdan Mariupola onlarla ton su, dərman və ərzaq daşıyan karvan yola düşəcək və geri dönərkən insanları Zaporojyeyə təxliyə edəcək. 

Kiyev vilayətində: Boqdanovka və Novoboqdanovka kəndlərindən Brovarıya, Bobryk kəndindən Brovarıya qədər. Biz İvankovoda böyük problem olduğunu bilirik və bu marşrut üzərində işləyirik. Ümid edirəm ki, biz belə bir humanitar dəhliz aça biləcəyik", - deyə Vereşçuk vurğulayıb. 

O, həmçinin “Sumi bölgəsində: Sumi - Trostyanets - Lebedin - Şostka - Konotopdan Poltavaya, Xarkov vilayətində: Oskol kəndindən humanitar dəhlizlər olacaq” – deyə əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO