Aİ Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təsdiqlədi 

Hazırda oxunan: Aİ Rusiyaya qarşı dördüncü sanksiyalar paketini təsdiqlədi 

64837

Avropa İttifaqı (Aİ) Rusiyaya dəbdəbəli malların ixracına qadağa qoyulması, ölkədən dəmir və polad idxalının qarşısının alınması və bəzi oliqarxların aktivlərinin dondurulması kimi tədbirləri özündə ehtiva edən dördüncü sanksiyalar paketini təsdiqləyib. 

Bizim.Media xəbər verir ki, iclasa Fransa sədrlik edib. Verilən açıqlamada bildirilib ki, sanksiyalar Aİ Rəsmi Jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək. 

Rusiyanın "ən çox üstünlük verilən ölkə" statusunun dayandırıldığı bildirilib. 

Sanksiyalar çərçivəsində Rusiyadan olan fiziki və hüquqi şəxslərin qara siyahısı genişləndiriləcək, neft və enerji sektorlarına investisiya qoyuluşu məhdudlaşdırılacaq, lüks mallar, xüsusən də bahalı avtomobillər və zinət əşyalarının ixracı, polad və dəmir məmulatlarının idxalı, reytinq agentliklərinin Rusiya Federasiyasına aid kredit reytinqlərinin müəyyən edilməsi üçün hər hansı xidmət göstərməsi qadağan ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO