Ukrayna Rusiyanın son itkilərini açıqladı

Hazırda oxunan: Ukrayna Rusiyanın son itkilərini açıqladı

64830

Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri qruplaşması rus ordusunun 4 helikopteri, bir təyyarəsi və qanadlı raketini vurub. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. 

"Müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri ciddi şəkildə dəyişməyib. Ukrayna Silahlı Qüvvələri qoşun qruplaşmalarına və işğalçıların arxa infrastrukturuna sarsıdıcı zərbələr endirir. Rusiya silahlı qüvvələri mühüm infrastruktur obyektlərinə raket və bomba zərbələri endirməkdə davam edir”, - deyə məlumatda qeyd edilib. 

Bildirilib ki, rus hərbçilərinin mənəvi-psixoloji vəziyyəti aşağı səviyyədədir və bu da hərbçilərin komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etmələrinə səbəb olur: 

“Rusiya hərbi qüvvələri Mariupolu tutmağa çalışır. Ukrayna əsgərləri qarşı tərəfin hücumlarını uğurla dəf edirlər. Düşmənin ümumi itkiləri 150-yə yaxın insan, 2 tank, 7 piyada döyüş maşını və bir zirehli transportyor olub. İşğalçılar itki verdikdən sonra hücum əməliyyatlarını dayandıraraq geri çəkildilər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO