“The New York Times” ölən jurnalistin onların əməkdaşı olmadığını dedi

Hazırda oxunan: “The New York Times” ölən jurnalistin onların əməkdaşı olmadığını dedi

64550

Xəbər verdiyimiz kimi, Ukraynanın İrpen şəhərində rusiyalı hərbçilər “The New York Times”ın müxbirini öldürüb, daha bir jurnalisti isə yaralayıblar.

Bizim.Media xəbər verir ki, bununla bağlı Amerika nəşrindən açıqlama verilib.

Qəzetin sözçüsü həmin şəxsin adı çəkilən mətbu orqanda işləmədiyi deyib:

“Ukraynada jurnalist Brent Renaudun ölümündən kədərlənirik, lakin o, bu qəzetdə işləməyib”.

Xatırladaq ki, jurnalistin ölümü ilə bağlı ilk xəbəri Kiyev polisinin rəhbəri Andrey Nebitov  yayıb.

O, mərhumun meyitinin və sənədlərinin fotosunu dərc edib və daha iki jurnalistin yaralandığını bildirib.

Ağ Ev amerikalı jurnalistin ölümü ilə bağlı Kiyevlə məsləhətləşdiyini açıqlayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO