“The New York Times” qəzetinin jurnalisti Ukraynada öldürüldü - FOTO

Hazırda oxunan: “The New York Times” qəzetinin jurnalisti Ukraynada öldürüldü - FOTO

64549

Ukraynanın İrpen şəhərində rusiyalı hərbçilər “New York Times”ın müxbirini öldürüb, daha bir jurnalisti isə yaralayıblar.

Bizim.Media “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı  Kiyev vilayətinin polis idarəsinin rəisi Andrey Nebitov  “Facebook” səhifəsində yayıb.

“Bu gün İrpində dünyaca məşhur “The New York Times” mediasının 51 yaşlı müxbiri güllələnib. Daha bir jurnalist yaralanıb. Hazırda onun cəsədini döyüş bölgəsindən çıxarmağa çalışırlar”, - deyə Nebitov yazıb.

O, Brent Renaudun jurnalist vəsiqəsini və ABŞ vətəndaşı olduğunu göstərən pasportunu yayımlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO