Ukraynada Rusiya ordusuna kömək edən 3 nəfər tutuldu – FOTO

Hazırda oxunan: Ukraynada Rusiya ordusuna kömək edən 3 nəfər tutuldu – FOTO

64545

Üç nəfərə qarşı dövlətə xəyanətdə (Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi) ittiham irəli sürülüb. 

Bizim.Media Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İstintaqın məlumatına görə, 33 yaşlı Ukrayna vətəndaşı 40 min qriven (1300 dollardan çox) pul mükafatı üçün Rusiya nümayəndəsinin tapşırıqlarını yerinə yetirib.

Təxribatçı əməlini həyata keçirmək üçün həmin şəxs Xarkovun mühüm infrastruktur obyektlərinin - Saltovski çörək zavodunun və Xarkov FED maşınqayırma zavodunun koordinatlarını qarşı tərəfə ötürüb.

52 yaşlı Ukrayna vətəndaşı Rusiyanın “Şarap” ləqəbli nümayəndəsinin göstərişi ilə fevralın 24-dən martın 1-dək hərbi personalın yerdəyişməsi ilə bağlı məlumatları toplayıb qarşı tərəfin nümayəndəsinə ötürüb.

Onun Ukrayna Silahlı Qüvvələrinin hərbi texnikasının və hərbçilərinin Nova Vodolaqa və Merefa ərazisi boyunca hərəkət istiqamətlərini də Rusiya tərəfinə ötürməkdə təqsirkar bilinir.

Dövlətə xəyanətdə şübhəli bilinən digər şəxs isə 47 yaşlı kişidir. O, “Ruspıçıltısı” teleqram kanalında şəxsən hazırladığı “Za Rus Xarkov 05.03.22” plakatı ilə video yayıb.

Hər üç satqın həbs olundu. İbtidai istintaqı Ukrayna Təhlükəsizlik Xidmətinin müstəntiqləri aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO