Kadırov Ukraynaya gəldi, döyüşçülərinə “Vəzifəmiz Kiyevi almaqdır” dedi - VİDEO

Kadırov Ukraynaya gəldi, döyüşçülərinə “Vəzifəmiz Kiyevi almaqdır” dedi - VİDEO

Hazırda oxunan: Kadırov Ukraynaya gəldi, döyüşçülərinə “Vəzifəmiz Kiyevi almaqdır” dedi - VİDEO

64543

Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynaya gəldiyi iddia edilir. Burada o, Çeçenistan təhlükəsizlik qüvvələri ilə görüşüb. Bu görüşün videosu “Əməliyyat hesabatları” Telegram kanalında və RT-də yayımlanıb. 

Bizim.Media xəbər verir ki, Çeçenistan mediası ortaya çıxan videoları hələ şərh etməyib.

"Banderovçular və çeçendilli şeytanlar mərhəmət görməyəcəklər!", Kadırov görüşdə deyib. 

Səs yazısında Çeçenistan rəhbərinin “Vəzifəmiz Kiyevi almaqdır” ifadəsini necə tələffüz etdiyini də eşidə bilərsiniz. Onun sözlərindən “Kommersant” sitat gətirib.

Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko öz Telegram kanalında Kadırovun Ukraynaya gəldiyini və İvankovoda olduğunu yazıb.

Kadırovun Ukraynada olması ilə bağlı rəsmi məlumat yoxdur.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO