Çavuşoğlu: “Putin Zelenski ilə görüşün əleyhinə deyil”

Hazırda oxunan: Çavuşoğlu: “Putin Zelenski ilə görüşün əleyhinə deyil”

64541

Rusiya lideri Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə qarşı olmadığını deyib.

Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.

MÖVZU İLƏ BAĞLI:

Kiyevdən ŞAD XƏBƏR: Rusiya və Ukrayna danışıqlarda kompromisə hazırlaşır


“Prinsipcə, Putin prezidentimizlə telefon danışıqları zamanı belə bir görüşə qarşı olmadığını deyib. Ukrayna tərəfi də hazırdır. Belarusda tərəflər arasında texniki danışıqlar gedir. Digər tərəfdən, başqa kanallar vasitəsilə də səylər göstərilir ki, biz də bunu dəstəkləyirik”, - Çavuşoğlu Antalya Diplomatik Forumunun bağlanış mərasimində vurğulayıb.

Qeyd edək ki, XİN rəhbərinin xatırlatdığı Rusiya və Türkiyə liderləri arasındakı telefon danışığı martın 6-da baş tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO