Rus ordusunun Ukraynada itkiləri – STATİSTİKA

Hazırda oxunan: Rus ordusunun Ukraynada itkiləri – STATİSTİKA

64508

Ukraynada 370-dən çox rus tankı məhv edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook səhifəsində yayıb.

Mənbə yazır ki, Ukraynada düşmən təxminən 12 min nəfərdən çox hərbçi itirib:

“374 tank, 1226 zirehli döyüş maşını və 140 artilleriya sistemi məhv edilib. 62 ədəd reaktiv yaylım atəşi sistemi, 34 hava hücumundan müdafiə sistemi, 74 təyyarə, 86 helikopter, 600 avtomobil, 3 gəmi, 60 yanacaq sisterni, həmçinin 7 əməliyyat-taktiki pilotsuz uçan aparatı da sıradan çıxarılıb”.

"Məlumatlar dəqiqləşdirilir. Hesablama hərbi əməliyyatların yüksək intensivliyi baxımından çətinləşib", - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb.

Xatırladaq ki, fevralın 24-də səhər tezdən rus qoşunları Ukraynaya daxil olub. 

Düşmən əvvəlcə hərbi obyektləri bombalayıb, sonra isə dinc yaşayış məntəqələrinə, xüsusən Kiyev, Çerniqov, Mariupol, Xarkov, Xerson və Jitomirə hücuma keçib.

Dünən prezident Volodimir Zelenski bildirib ki, müharibənin 16 günü ərzində Rusiya ordusunun 31 batalyon taktiki qrupu döyüş qabiliyyətini itirib, düşmənin 360-dan çox tankı, 1205 zirehli texnikası, həmçinin 60-a yaxın təyyarəsi və 80 helikopteri məhv edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO