Ələ keçirilən 3 rusiyalı pilotun mətbuat konfransı başladı – CANLI

Hazırda oxunan: Ələ keçirilən 3 rusiyalı pilotun mətbuat konfransı başladı – CANLI

64293

Ukraynada ələ keçirilən 3 rusiyalı pilotun bir az öncə mətbuat konfransı başlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko özünün Facebook səhifəsində yazıb. 

Mənbə yazır ki, onlar Ukrayna hava hücumundan müdafiə qüvvələrinə kəşfiyyat və zərbələr endirmək məqsədilə uçuşlar həyata keçiriblər.

Kapitan Kozlov Aleksey İqoroviç və mayor Qolovenski Aleksey Sergeyeviçin təyyarəsi Nikolaev vilayətində vurulub.

Polkovnik-leytenant Kriştop Maksim Serqeyeviçin qırıcısı isə Xarkov üzərində vurulub. O, Xarkovu bombalayırmış.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO