Ukraynadakı vəziyyət NATO ilə Rusiya arasında müharibəyə çevrilməməlidir

Ukraynadakı vəziyyət NATO ilə Rusiya arasında müharibəyə çevrilməməlidir

Hazırda oxunan: Ukraynadakı vəziyyət NATO ilə Rusiya arasında müharibəyə çevrilməməlidir

64236

Ukrayna böhranı Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibəyə çevrilməməlidir.  

Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Antalya Diplomatiya Forumu çərçivəsində “CNN Türk” kanalına müsahibəsində bildirib. 

“NATO Rusiyanın hərəkətlərinə kəskin reaksiya verdi. Biz on minlərlə ukraynalı əsgərə təlim keçdik. Bu müharibə NATO-nun Rusiya ilə müharibəsinə çevrilməməlidir, bu, çoxsaylı qurbanlara səbəb olacaq" – deyə Stoltenberq qeyd edib. 

Stoltenberq bildirib ki, alyans Ukraynadakı xüsusi əməliyyata görə bütün müttəfiqlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini gözləyir: 

"Bəli, biz bütün müttəfiqlərimizin sanksiyalar tətbiq etmələrini gözləyirik. Biz Ukraynada xüsusi əməliyyat keçirməyinin bədəlini Rusiyaya ödədə bilərik. Mən bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunu da məlumatlandırdım". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO