Putin Ukraynaya könüllülərin göndərilməsinə razılıq verdi - VİDEO

Hazırda oxunan: Putin Ukraynaya könüllülərin göndərilməsinə razılıq verdi - VİDEO

64225

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının müşavirəsini keçirir.

Bizim.Media “RİA Novosti”yə istinadən bildirir ki, dövlət başçısı şura üzvlərinə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmağı təklif edib.

O, ilk sözü Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyquya verib. Nazir Rusiya sərhədinin qərb hissəsinin zirehli texnikanın hesabına möhkəmləndirildiyini bildirib.

Şoyqu Ukraynadakı müharibəyə könüllülərin cəlb olunması təklifini irəli sürüb. V.Putin bu ideyanı bəyənib və Ukrayandakı müharibəyə könüllülərin cəlb edilməsinə razılıq verib.

"Rusiyaya Ukraynada yardım etməyə hazır olan könüllülərə Yaxın Şərqdən döyüş bölgəsinə çatmaqda yardımçı olmaq lazımdır", - deyə Putin qeyd edib.
V.Putin müdafiə nazirinin Donetsk və Luqanskdakı separatçılara qənimət silah və texnikanın verilməsi təklifini də bəyənib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO