"Ukraynanın Aİ-yə qəbuluna qədər aylar, illər keçəcək" – Prosedur var, maddə var...

Hazırda oxunan: "Ukraynanın Aİ-yə qəbuluna qədər aylar, illər keçəcək" – Prosedur var, maddə var...

64207

“Brüsselin Kiyevin Aİ-yə üzvlük müraciətinə baxması aylar, illər çəkəcək”. 

Bizim.Media xəbər verir ki, bu barədə Niderlandın baş naziri Mark Rutte Aİ liderlərinin Versal sammitinin ilk gününün nəticələrinə əsasən bildirib.   

“Biz hamımız Ukraynanın Rusiya tərəfindən hücuma məruz qaldığı fövqəladə çətin vəziyyətdən xəbərdarıq və baş verənlərdən şokdayıq. Hazırda Ukraynanın Aİ-yə daimi üzvlüyü ilə bağlı müraciətinə baxılır və o, Avropa Komissiyasına təqdim olunub. Lakin qərarın qəbuluna qədər aylar və ya illər keçəcək” – deyə Rutte qeyd edib. 

Xorvatiyanın baş naziri Andrey Plenkoviç də öz növbəsində Ukraynanın Avropa İttifaqına bir gecədə daxil ola bilməyəcəyini vurğulayıb:

"Prosedur var, müqavilə var, maddə var, ərizə var. Aİ Şurası Avropa Komissiyasına ərizə göndərir. Heç kim bir gecədə Aİ-yə daxil olmur". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO