Ukrayna "heç vaxt" Putinin qələbəsi olmayacaq – Co Bayden 

Hazırda oxunan: Ukrayna "heç vaxt" Putinin qələbəsi olmayacaq – Co Bayden 

64198

“ABŞ Rusiyanın hərbi əməliyyatlarına qarşı mübarizədə Ukraynaya dəstəyini davam etdirməkdə qərarlıdır”.  

Bizim.Media xəbər verir ki, bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə Kolumbiya lideri İvan Duke ilə danışıqlardan əvvəl deyib.

"Ukrayna heç vaxt Putinin qələbəsi olmayacaq. İnanıram ki, ABŞ və dünya xalqları öz ölkəsini müdafiə edən Ukraynanı dəstəkləməyə davam edəcək ", - deyə Bayden qeyd edib. 

O xatırladıb ki, bu günə qədər ABŞ Ukraynaya təhlükəsizlik sahəsində kömək üçün artıq bir milyard dollar ayırıb. 

Ölkə başçısı həmçinin əlavə edib ki, ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalar Rusiya iqtisadiyyatına zərbə vurur və rubl artıq dəyərinin yarısını itirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO