Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

Hazırda oxunan: Zelenskinin müşaviri: “ABŞ-ın Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağı dayandırmayacağına inanırıq”

641874

Ukrayna Prezidentinin müdafiə texnologiyalarının inkişafı məsələləri üzrə müşaviri Sergey Beskrestnov ABŞ-nin Ukraynaya müxtəlif kəşfiyyat məlumatları təqdim edəcəyini bildirib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu məlumatlara ballistik raketlərin buraxılması və ya buraxılışa hazırlıq barədə xəbərdarlıqlar da daxildir. 

Bu məlumatlar, ilk növbədə, mülki əhalinin sığınacaqlara keçməsi üçün vaxt qazanmasına kömək edir.

“Məni optimist adlandıra bilərsiniz, amma ABŞ-nin bizi bu məlumatlardan məhrum edəcəyinə inanmıram. Çünki söhbət dinc insanların sağ qalmasından gedir”, – deyə o vurğulayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO