Xarkov sakini hərbi obyektin koordinatlarını Rusiyaya 40 min qrivenə satdı

Hazırda oxunan: Xarkov sakini hərbi obyektin koordinatlarını Rusiyaya 40 min qrivenə satdı

64161

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları 40 min qriven mükafat müqabilində Rusiya hərbçilərinə şəhərdə mühüm infrastruktur və hərbi obyektlərin koordinatlarını verən Xarkov sakinini saxlayıblar. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna baş prokuroru İrina Venediktova Facebook səhifəsində yayıb.

Baş prokuror yazır ki, naməlum şəxs Xarkov sakininin mobil telefonuna zəng edib:

“Zəng edən şəxs özünü Rusiya Federasiyasının vətəndaşı kimi təqdim edib və vacib məlumatların verilməsinə (şəhərin mühüm infrastrukturunun, yəni Saltovski çörək zavodunun və hərbi obyektin yerləşdiyi yerin koordinatları) görə 40.000 qriven mükafat təklif edib.
Xarkov sakini təklifi həvəslə qəbul edib və vəd edilən pul onun bank kartına köçürülüb.
Martın 1-də Rusiya silahlı qüvvələri obyektlərdən birinin yaxınlığına koordinatlara uyğun olaraq artilleriya zərbələri endirib".

Venediktovanın sözlərinə görə, Xarkov sakini hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO